Dünya

Elektrik enerjisinin təsirinə məruz qalsa da, relslərin üzərinə yıxılan kişini buraxmadı - VİDEO - FOTO

11 İyun 2022 17:52
0 Şərh     Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çikaqo sakini dəmir relslərin üzərinə yıxılan və elektrik enerjisinin təsirinə məruz qalan kişinin həyatını xilas edib.

Hadisə anı şahidlər tərəfindən qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Entoni Perrinein sözlərinə görə o, kişini qaldırarkən özüdü də elektrik cərəyanının təsirinə qalıb, buna baxmayaraq, zərərçəkəni buraxmayıb.

Perri  huşsuz vəziyyətdə olan kişini relslərdən uzaqlaşdırır, sonra başqa bir sərnişinin yardımı ilə təcili yardım gələnə qədər ona ürək massajı edir.

Naməlum kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Polis kişinin relslərin üzərinə yıxılmasının səbəbini araşdırır.

Bu arada Çikaqoda yerli icmanın lideri Perriyə göstərdiyi şücaətə görə avtomobtil hədiyyə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.