Dünya

AFR ordusunun gücləndirilməsi üçün 100 milyard avroluq fond yaradılacaq

10 İyun 2022 21:08
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesratı (Federal torpaqlar palatası) Silahlı Qüvvələrin gücləndirilməsi üçün 100 milyard avro həcmində xüsusi fond yaratmaq məqsədilə konstitusiyaya düzəlişlərin edilməsi barədə razılığa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq qərar cümə günü nümayəndələr tərəfindən qəbul olunub.

Hökumət fondun təşkili üçün böyük məbləğdə kreditlərin alınmasını qadağan edən qaydalardan yan keçmək üçün konstitusiyaya dəyişiklik etməli idi. Bu məsələ hökumətlə razılaşdırılmış və Bundestaq tərəfindən dəstəklənmişdi. Federal torpaqlar palatasında keçirilən səsvermə isə formal xarakter daşıyırdi.

Almaniyanın hakimiyyət orqanları həmin fondun vəsaiti hesabına yeni silahlar almağı və ordunun maddi-texniki bazasını yaxşılaşdırılmağı planlaşdırır. Həmçinin Hərbi Hava Qüvvələrinin gücləndirilməsinə, o cümlədən yeni "Eurofighter" və F-35 qırıcı təyyarələrinin alınmasına təxminən 40 milyard avro, Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına isə 19,3 milyard avro ayrılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.