Dünya

Pedofiliyada ittiham olunan müğənni 25 illik həbs oluna bilər

10 İyun 2022 10:15
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"I Believe I Can Fly" hitinin müəllifi müğənni R Kelli yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alverinə görə 25 il həbs cəzası ala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, andçılar məhkəməsi artıq R Kellini bu ittihamlar üzrə təqsirli bilib. Prokuror 25 il həbsdə israr edir, vəkillər 17 il həbslə razılaşır.

Qeyd edək ki, R Kelli tərəfindən 12 yaşında cinsi istismara məruz qalan, daha sonra isə onunla ailə quran müğənni Aliya məşhurun barəsində ifadə verib.

Cinayət işi ilə bağlı hökm iyunun 29-da elan olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.