Dünya

Çavuşoğlu Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib

8 İyun 2022 13:37
Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənubi Qafqazda "3+3" formatını, eləcə də Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu məsələlərdə dəstəyinə görə Rusiyaya minnətdarlığımı bildirirəm. Türkiyə hesab edir ki, xüsusilə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir", - deyə Çavuşoğlu söyləyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.