Dünya

Qatar gözləyən qadın relslərə yıxıldı - VİDEO

8 İyun 2022 14:00
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nyu York şəhərində qəribə hadisə baş verib. Bronks bölgəsində Jackson Avenue metrostansiyasında naməlum şəxs qarşısında dayanıb qatarın gəlməsini gözləyən 52 yaşlı qadını relslərin üzərinə itələyib. O anda dayanacağa yaxınlaşan qatarın olmaması faciənin qarşısını alıb. Nyu York Polis Departamentindən verilən məlumata görə, Linkoln xəstəxanasına aparılan qadın yüngül şəkildə yaralanıb, başında və qolunda kəsiklər aşkar olunub. Qadın ona hücum edənin tutulması üçün xalqdan kömək istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş verən hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub. Polis naməlum şəxsin tapılması istiqamətində araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.