Dünya

Yeni koronavirus yayılır: İnsanları təhdid edib-etmədiyi məlum deyil

7 İyun 2022 11:45
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin Uppsala Universitetinin virusoloqları qırmızı siçanlar (Myodes glareolus) arasında yeni bir koronavirusun yayıldığını aşkar ediblər. Onun insanları təhdid edib-etmədiyi hələlik məlum deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qırmızı siçanlar Avropada geniş yayılıb və tez-tez insanların evlərinə daxil olur, həmçinin digər heyvan növləri ilə təmasda olurlar. Tədqiqatçılar onların 450-ni araşdırdıqdan sonra onların 3,4 faizində yeni betakoronavirusun izlərini aşkar ediblər. Alimlər onu "Qrimsö virusu" adlandırıblar.

Betakoronaviruslar gəmiricilərdə və yarasalarda geniş yayılıb, insanlara ötürülür və tənəffüs yolu xəstəliklərinə səbəb olur.

Tədqiqatçıların sözlərinə görə, şəhərlər böyüdükcə vəhşi heyvanlar yaşayış yerlərini itirir və insanlarla getdikcə daha çox təmasda olurlar. Onlar qorxurlar ki, bu, gələcəkdə koronavirus və digər infeksiyalara yoluxma riskini daha da artıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.