Dünya

Pekinin əksər hissəsində “Omikron”a görə qoyulan məhdudiyyətlər qaldırıldı

7 İyun 2022 13:00
1 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin paytaxtı Pekində koronavirusun "Omikron" variantına görə qoyulan məhdudiyyətlər şəhərin əksər hissəsində qaldırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli hökumətin verdiyi açıqlamada bildirilir ki, mayın 1-dən etibarən yalnız yeməklərin satışına icazə verilən restoranlar yenidən açılacaq, evdən işləyənlər ofislərinə qayıda biləcəklər.

Qeyd edilir ki, ibtidai və orta məktəblər mərhələli şəkildə əyani təhsilə qayıdacaq, universitet tələbələrinin giriş-çıxışı nəzarət edilməklə fəaliyətlərinə davam etmələrinə və evlərinə qayıtmalarına icazə veriləcək.

Yeni tənzimləmədə vətəndaşlar ictimai nəqliyyat vasitələrinə və ictimai yerlərə daxil olmaq üçün son 48 saat əvəzinə, son 72 saatda verdikləri mənfi nəticəli koronavirus testini təqdim etməlidirlər.

Kitabxanalar, muzeylər, kinoteatrlar və idman mərkəzləri 75 faiz tutumla xidmət göstərəcək, şəhər turlarında iştirak etmək üçün peyvənd tələb olunacaq.

Məhdudiyyətlərin şəhərin hələ də yoluxma hallarının müşahidə olunduğu cənub-qərbindəki Finqtay rayonunun və şəhərin şimal-qərbindəki Çanqpin bölgəsinin bəzi hissələrində tətbiq olunmağa davam ediləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.