Dünya

NATO-ya “Türkiye” adının istifadəsi ilə bağlı bildiriş göndərildi

6 İyun 2022 23:15
0 Şərh     Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xarici dillərdə "Türkiye" adının işlədilməsi ilə bağlı NATO-ya bildiriş göndərib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin NATO-dakı daimi nümayəndəliyi keçən həftə NATO-nun baş katibi Yens Stoltenberqə məktub ünvanlayıb.

Məktubda "Türkiye" adının xarici dillərdə istifadəsi ilə bağlı məlumatlar yer alıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftənin əvvəlində BMT Baş katibinə göndərdiyi məktubda Türkiyənin BMT-də xarici dillərdə adının "Türkiye" olaraq qeydə alındığını bildirib. BMT də Türkiyənin istəyindən sonra "Turkey" kimi istifadə edilən ölkənin adını "Türkiye" olaraq dəyişib.

Türkiyə Aİ qurumlarının müvafiq bölmələrinə nota göndərib və bundan sonra xarici dillərdə "Türkiye" adının rəsmi olaraq istifadə ediləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.