Dünya

Lavrov: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

6 İyun 2022 20:07
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir, Kiyev bundan imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.

"Ukrayna müstəsna olaraq vəziyyətin fevralın 24-də "yerdə" olan vəziyyətə qaytarılmasını tələb edir, başqa fantaziyalar gündəlik olaraq ən müxtəlif və bəzən ziddiyyətli şəkildə ifadə edilir. Lakin Ukrayna danışıqlar aparmaq istəmir, o, bundan imtina edib. Bununla da Ukraynanın anqlosakson liderlərinin iradəsini yerinə yetirdiyinə inanmaq üçün bizdə hər cür əsas var", - deyə Rusiya XİN başçısı vurğulayıb.

O əlavə edib ki, Rusiya ukraynalı həmkarlarının irəli sürdüyü təkliflər əsasında vicdanla işləməyə hazırdır və bu təkliflər əsasında yazılmış müqavilə layihəsi bir ay yarımdır ki, Ukrayna tərəfində hərəkətsiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.