Dünya

İranda 53 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

5 İyun 2022 19:03
0 Şərh     Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda ötən sutka ərzində 53 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 331 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 458 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,5 milyon təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.