Dünya

Meymunçiçəyi kimlər üçün təhlükəli deyil? - AÇIQLAMA

3 İyun 2022 09:37
0 Şərh     Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"1980-ci ildən əvvəl doğulmuş bütün insanlar üçün meymunçiçəyi virusu təhlükəli deyil".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri gürcüstanlı mütəxəssis, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

"Əminliklə deyə bilərik ki, 1980-ci ildən əvvəl doğulmuş şəxslər meymunçiçəyi xəstəliyindən qorunur. Onlar bu virusa qarşı suçiçəyi peyvəndi ilə peyvənd olunublar", - deyə o press-konfransda açıqlayıb.

O, qeyd edib ki, Gürcüstanda hələ də meymunçiçəyi xəstəliyi aşkar edilməyib. Yaxın vaxtlarda Gürcüstanda meymunçiçəyi üçün testlər tətbiq ediləcək:

"Son iki həftə ərzində vurğulanan iki problem - uşaqlar arasında mənşəyi naməlum hepatit C və yeniyetmələr arasında meymunçiçəyinin yayılması mütləq müvafiq laboratoriya təsdiqini tələb edir".

Mütəxəssislər bu xəstəlikdən xüsusilə təsirlənə biləcək insanlar kateqoriyasını ayırırlar - bunlar hamilə qadınlar, xərçəng xəstələri, həmçinin 8 yaşdan kiçik uşaqlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.