Dünya

"Meymunçiçəyinə yoluxanların 70 faizi homoseksuallar olub" - AÇIQLAMA

1 İyun 2022 22:58
1 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meymunçiçəyinin çiçək və suçiçəyinə görə kliniki əlamətləri arasında fərqləndirici xüsusiyyətləri var".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İTV-nin "Sabaha saxlamayaq" verilişində Kliniki Tibbi Mərkəzin I Yoluxucu xəstəliklər şöbəsinin müdiri Fərrux Sədirov deyib.

Fərrux Sədirov qeyd edib ki, əsas fərqləndirici əlamət limfa vəzilərin görünməsidir:

"Bu nə suçiçəyində, nə də təbii çiçəkdə görünür. Bu, önəmli xüsusiyyətdir. Son dönəmdə gündəmi zəbt edən meymunçiçəyi virusuna spesifik bir-iki simptom da ortaya qoyublar. Üz nahiyəsində, əl içində, ayaq altında görünməsindən ziyadə, qasıq bölgəsində görülməsi yeni bir simptom kimi qəbul olunur.

Buna səbəb kimi dünyada yoluxanların arasında böyük üstünlüyü homoseksual şəxslərin təşkil etməsi göstərilib. Çünki bu virus təmasla keçir. Bu günə kimi Afrikadan kənar ölkələrdə yoluxanların əksəriyyəti, hətta 70 faizdən çoxu homoseksuallar arasında olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.