Dünya

Dünyanın 5 ən varlı adamı: Onların nə qədər pulu var? - MƏBLƏĞ

31 May 2022 02:31
0 Şərh     Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən zəngin insanları olan "Tesla" və "SpaceX"in sahibi İlon Mask, "Amazon" və "Microsoft"un qurucuları Ceff Bezos və Bill Qeyts 2022-ci ilin əvvəlindən 115 milyard dollar itirib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberq" agentiliyi yazır.

Mayın 29-na olan məlumata görə, Maskın sərvəti 224 milyard dollar, Bezosun 139 milyard dollar, Qeytsin sərvəti 23 milyard dollar olaraq qiymətləndirilir. Milyarderlər müvafiq olaraq birinci, ikinci və dördüncü yerləri tuturlar. Üçüncü yerdə 133 milyard dollarla "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bertrand Arnault qərarlaşıb.

Son beş ayda "Tesla" və "SpaceX"in sahibi 46,4 milyard, "Microsoft"un yaradıcısı 15,1 milyard, Bertran Arno 44,7 milyard itirib. Ən böyük maliyyə itkisi ilə "Amazon"un yaradıcısı üzləşib - 53,2 milyard.

Dünyanın ən varlı adamlarının ilk beşliyində təmsil olunanlardan yazlnız "Berkshire Hathaway" şirkətinin baş direktoru Uorren Baffet sərvətini 6,54 milyard dollar artıraraq 115 milyard dollara çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.