Dünya

Ukrayna ordusu yaşayış məntəqəsini azad edib

30 May 2022 07:57
0 Şərh     Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət dövlət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

"Kamışevaxi yaxınlığındakı Popasnaya istiqamətində düşmən iki kilometr geri oturdulub, Lisiçansk-Baxmut avtomobil yolu az atəşə məruz qalıb", - Qayday bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq Toşkovkada mövqe tutublar.

"Severodonetsk Ukraynanın nəzarətindədir. Düşmənin uğuru yoxdur", - Qayday əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.