Dünya

“Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur” - Ərdoğan

23 May 2022 21:54
0 Şərh     Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşümüz zamanı ölkələrimiz arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməyə icazə verməyək deyə razılığa gəldik. Buna baxmayaraq keçən həftə o ABŞ senatında Türkiyəyə qarşı danışaraq, "F-16"-ları Türkiyəyə satmağa çağırış etdi. Yəqin ki, ABŞ "F-16"-lar məsələsində Mitsotakisin sözlərinə əsasən qərar verməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.

"Biz bu il strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, FETO və digər terror təşkilatlarının üzvləri məhs Yunanıstan ərazisindən Avropaya gedir, orada dəstək alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.