Dünya

Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu

19 May 2022 09:52
1 Şərh     Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində nadir quşları qorumaq üçün pişiklərin çölə çıxması qadağan edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səlahiyyətlilər çoxalma mövsümündə nadir kəkilli torağayı qorumaq üçün pişik sahiblərindən avqustun sonuna qədər pişiklərini evdə saxlamağı xahiş ediblər.

Müvafiq qərar yerdə yuva quran və beləliklə də pişiklər üçün asan şikar olan kəkilli torağayı qorumaq üçün nəzərdə tutulub.

Qərar şəhərin cənub hissəsindəki bütün pişiklərə şamil ediləcək və 3 il müddətində təkrarlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.