Dünya

Əfqanıstanda Türkiyə Maarif Vəqfinin vəzifəli şəxsi öldürülüb

15 May 2022 22:06
0 Şərh     Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın Qəndəhar vilayətində Türkiyə Maarif Vəqfinin orta məktəbinin direktor müavini mayın 14-də baş verən hücum nəticəsində öldürülüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Əfqanıstanda təhsilə mühüm töhfələr vermiş Türkiyə Maarif Vəqfi Məktəbinin rəsmisinə edilən bu mənfur hücumu şiddətlə qınayır və təqsirkarların qısa zamanda müəyyən edilərək ədalət qarşısında cavab verəcəyinə ümid edirik.

Həyatını itirən mərhum direktor müavininə Allahdan rəhmət diləyir, yaxınlarına, dostlarına və qardaş Əfqanıstan xalqına başsağlığı veririk", - xarici siyasət idarəsinin məlumatında bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.