Dünya

Ukraynada müharibə dalana dirənib - ABŞ kəşfiyyatı

11 May 2022 13:54
0 Şərh     Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib.

Milli.Az bildirir ki, bu barədə Sky News ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri Skot Berryerin sözlərinə istinadən xəbər verir.

Onun sözlərinə görə, hələlik silahlı münaqişə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur.

"Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib gəlmir və biz burada bir qədər çıxılmaz vəziyyətdəyik", - general-leytenant Senatın Silahlı Qüvvələr Komitəsi ilə görüşündə deyib.

Eyni zamanda Berryer qeyd edib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu ən azı 10 rus generalını məhv edib. Ancaq onların sayı daha çox ola bilər - 12 nəfərə qədər.

Eyni zamanda o, Rusiyanın heç bir sahədə ciddi uğur əldə etmədiyini bəyan edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.