Dünya

"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb"

9 May 2022 21:05
0 Şərh     Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova "Facebook" səhifəsində məlumat verib.

"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var", - deyə o, bildirib.

Denisovanın sözlərinə görə, bəzi qondarma düşərgələrdə 20 mindən çox vətəndaş var. Həmin yerdəki insanların hara aparıldıqları barədə məlumat yoxdur.

Onun sözlərinə görə, Rusiyaya deportasiya olunmuş ukraynalıların düşərgələrini tapıb Ukrayna tərəfinə məlumat verən könüllülər var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.