Rus əsgərləri Dnepropetrovsk vilayətinin Zelenodolsk icmasını yenidən atəşə tutublar.
Milli.Az bildirir ki, bu haqda Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.
"Gecə düşmən yenidən Zelenodolsk icmasını atəşə tutub. Onlar Bolşaya Kostromka kəndinin kənarını vurublar. Bir neçə küçə işıqsız qalıb", - Rezniçenko qeyd edib.
Administrasiyasının rəhbəri xəsarət alanların olmadığını vurğulayıb.
Aslan Məmmədov
Milli.Az