Portuqaliya hökuməti ABŞ-dan alınmış 15 ədəd M113A zirehli transportyorun Ukraynaya təhvil verilməsini təsdiqləyib.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "Nascer do SOL" nəşri məlumat yayıb.
Santa Marqaridada yerləşdirilən zirehli avtomobillərin Kiyevə göndərilməsi Pentaqon tərəfindən istənilib.
Zirehli avtomobillər 1990-cı illərdə Avropada yerləşən Şimali Amerika hərbi personalının ixtisarı zamanı ABŞ-dan ucuz qiymətlərlə alınıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya hökumətindən "Leopard" tankları və digər hərbi texnikanın təhvil verilməsini xahiş edib.
Milli.Az