Dünya

Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurub

6 May 2022 22:39
0 Şərh     Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gün ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Su-27 qırıcısını, 7 pilotsuz təyyarəni vurub, həmçinin "Smerç" reaktiv yaylım atəş sisteminin iki mərmisini ələ keçirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib. 

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Platonovka qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. PUA-lar Xarkov vilayəti, Sladkoe, Zemlyanka, Donetsk, Tretyakovka, Varvarovka, İlan adası ərazisində vurulub", - deyə o bildirib.

Bundan əlavə qeyd edilib ki, İzyum bölgəsində Rusiya hava hücumundan müdafiə sistemi "Smerç" reaktiv raket sisteminin iki raketini ələ keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.