Dünya

Sürücülər ayağa qalxdı - Hökumətdən tələb

7 May 2022 19:49
0 Şərh     Baxış: 1 026
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rumıniyanın paytaxtında yüzlərlə insan hökumətdən maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə şəhər ictimai nəqliyyat işçilərinin etiraz aksiyasına qatılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, nümayişçilər "İxtisara yox!" və "Biz normal yaşamaq istəyirik!" yazılmış plakatları əllərində saxlayıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Tədbirin keçirilməsində məqsəd Buxarestdə avtobus, trolleybus və tramvay sürücülərinin kütləvi şəkildə ixtisar edilməsinə ictimaiyyətin diqqətini cəlb etmək olub. Polis nümayişə müdaxilə etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.