Dünya

Putin İsraildən üzr istədi

5 May 2022 20:52
0 Şərh     Baxış: 3 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

bildirilir ki, Bennet və Putin telefon danışığı zamanı Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər.

"Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib",-deyə bildirilib.

Bundan əlavə, İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə Naftali Bennet Vladimir Putinə təşəkkür edib.

Liderlər 9 May Qələbə Gününü və Holokost qurbanlarının xatirəsini ehtiramla yad edən hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini vurğulayıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.