Dünya

Zelenski və Duda Mariupoldakı vəziyyəti müzakirə ediblər

4 May 2022 07:50
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski ilə Andjey Duda arasında telefon danışığı olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb.

Dövlət başçıları Ukraynaya gələcək müdafiə yardımı, Mariupoldakı vəziyyət və Rusiyaya əlavə sanksiyaların tətbiqinin zəruriliyindən danışıblar.

"Rusiya artıq Polşaya və bütün Avropaya qarşı enerji müharibəsinə başlayıb. Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığından qurtulmalıdır", - Ukrayna lideri deyib.

Zelenski Dudaya Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı işlərin başlanması barədə də danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.