Dünya

Vanetsyan: “Ermənistan müxalifəti hakimiyyətlə sövdələşməyə getməyəcək”

3 May 2022 17:22
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hakimiyyəti ilə heç bir danışıq aparılmır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Müqavimət" hərəkatının liderlərindən biri olan Artur Vanetsyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müxalifət öz mübarizəsini davam etdirir.

"Biz küçələrdə xalqla birlikdə qalmağa davam edirik, hakimiyyətlə hər hansı danışıqlar aparmırıq və heç bir sövdələşmə yoxdur", - Vanetsyan əlavə edib.

O vurğulayıb ki, hazırda müxalifətin əsas məqsədi küçələrə maksimum sayda insanın çıxmasına nail olmaqdır.

"Hər şey vətəndaşlardan asılıdır: əgər küçələrə daha çox insan çıxsa, o zaman hakimiyyət dəyişikliyi bir-iki günün məsələsidir", - Vanetsyan diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.