Dünya

“Qrad” və “Smerç” üçün cihazlar istehsal edən zavodda yanğın, ölənlər var

2 May 2022 20:16
0 Şərh     Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Perm şəhərində barıt və sursat zavodunda yanğın baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanğında iki nəfər həlak olub.

Rusiyanın Perm vilayəti üzrə Dövlət Əmək Müfəttişliyindən verilən yazılı açıqlamaya görə, dünən gecə saatlarında "Perm Barıt Zavodu"nda hələlik səbəbi müəyyən edilməyən yanğın olub.

Rusiyanın Ural dağlarına yaxın bir bölgədə yerləşən Perm Barıt Zavodunda hava hücumundan müdafiə sistemləri ilə yanaşı, "Qrad" və "Smerç" kimi çoxsaylı raket buraxılış sistemləri üçün doldurma qurğularının istehsal edildiyi məlumdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.