Dünya

Spiralvari müşahidə qülləsi - FOTO

2 May 2022 19:27
0 Şərh     Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarkanın "EFFEKT" memarlıq studiyası tərəfindən hazırlanan spiralvari müşahidə qülləsi turistləri və fotoqrafları hündürlükdən ətrafdakı meşənin heyrətamiz mənzərələrini seyr etməyə dəvət edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qurğunun mərkəzi elementi hündürlüyü təxminən 45 metr olan dolama müşahidə qülləsidir. Memarların digər məqsədlərindən biri də meşəni təbii mühiti pozmadan və heyvanlara müdaxilə etmədən hamı üçün əlçatan etmək istəyidir. Qüllənin mənzərəyə mümkün qədər ahəngdar uyğunlaşması üçün memarlar yerli palıd və poladdan istifadə ediblər.

Qum saatına bənzəyən quruluş Kopenhagendən bir saatlıq məsafədə, sıx meşədə ucaldılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.