Dünya

Aclıq olarsa, Almaniya yardım edəcək

2 May 2022 16:55
1 Şərh     Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyətə görə aclıqla üzləşə biləcək ölkələrə yardım edəcəyinə söz verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, qeyd edib ki, Ukrayna əsas taxıl tədarükçülərindən biridir. Lakin hazırda ölkənin ixrac imkanları məhduddur.

"İndi biz müharibəyə görə aclıqdan əziyyət çəkənlər üçün narahat olmalıyıq. Belə ki, daha öz əhalisi üçün taxıl almağa gücü çatmayan ölkələr var. Biz bu kasıb ölkələri tərk etməyəcəyik, onları dəstəkləyəcəyik", - Almaniya kansleri deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.