Dünya

Bu ölkədə maşınlara da “qara qutu” qoyulacaq

1 May 2022 19:55
0 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təyyarələrə yerləşdirilən "qara qutu" artıq fərdi avtomobillərə də yerləşdiriləcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Fransada təyyarələrdə, yük maşınlarında və avtobuslarda olduğu kimi mayın 1-dən yeni istehsal olunan şəxsi avtomobillər də "qara qutu" ilə təchiz olunacaq.

Belə ki, qəzadan sonra mövcud olmuş vəziyyəti analiz edə bilmək üçün avtomobilin sürücülük, təhlükəsizlik kəmərindən istifadə, GPS, yeri, mühərrikin vəziyyəti kimi parametrlərini bir neçə dəqiqə əvvəl qeyd edə bilən ölçmə sistemi yeni avtomobillərə yerləşdiriləcək. Şəxsi avtomobillərdə yeni sistemin yerləşdirilməsi yol qəzalarının nəticələrini analiz etmək və onların sayının azaltmaq məqsədi daşıyır.

Bildirilir ki, bu ölçmə sistemi 2024-cü ildən köhnə avtomobillər də daxil olmaqla bütün avtomobillərə şamil ediləcək.

Xatırladaq ki, bu qayda 2019-cu ildə Avropa Parlamentində səsə qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.