Dünya

Ağ Evin kommunikasiyalar üzrə direktoru COVID-19-a yoluxub

30 Aprel 2022 11:24
0 Şərh     Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Keyt Bedinqfild "Twitter"də bildirib.

"Bu gün səhər mən koronavirus testi verdim. Testin nəticəsi pozitiv oldu. Mən sonuncu dəfə prezidenti (Co Bayden) çərşənbə günü müşavirə zamanı görmüşəm. Həmin vaxt da mən maska taxmışdım və sosial məsafə ilə bağlı qaydalara riayət etmişdim. Xəstəliklərə Nəzarət üzrə Federal Mərkəzin standartlarına görə, bizim yaxın kontaktımız olmayıb", - o qeyd edib.

Keyt Bedinqfildin 5 günlük özünütəcrid rejimindən və neqativ koronavirus testindən sonra Ağ Evə qayıdacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.