Dünya

Lavrov: “Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir”

29 Aprel 2022 23:55
0 Şərh     Baxış: 1 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya heç kəsi nüvə müharibəsi ilə hədələmir, Qərb dövlətləri bundan danışmağa başlayır".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"Məndən nüvə müharibəsinin mümkün olub-olmaması, nüvə müharibəsi risklərinin artıb-artmaması və Rusiyanın bunun baş verə biləcəyini güman edib-etməməsi ilə bağlı sual verdilər. Mən cavab verdim ki, (ABŞ-ın keçmiş prezidenti Donald Tramp) administrasiyası ilə əməkdaşlığımızın lap əvvəlindən biz onlara 1997-ci ildə Reyqan-Qorbaçov tezisini bir daha təsdiq etməyi təklif etmişik ki, nüvə müharibəsində heç bir qalib ola bilməz", - deyə nazir qeyd edib.

O qeyd edib ki, məhz Rusiya dəfələrlə bütün nüvə ölkələri adından nüvə silahı ilə bağlı öhdəlikləri təsdiqləyən bəyanatların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib:

"Tramp administrasiyası belə bir bəyanatı qəbul etməkdən imtina etsə də, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Baydenin Cenevrədəki ilk görüşündən sonra qəbul edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.