Dünya

Psixi pozğunluğu olan şəxs edam edildi

28 Aprel 2022 09:30
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2010-cu ildə 43 qram heroini qaçaqmalçılıq yolu ilə Sinqapura keçirməyə cəhd göstərən 34 yaşlı Malayziya vətəndaşı Nagentram Dharmalingam edam edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbə yazır ki, edam qərarı aprelin 27-si səhər saatlarında icra edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sinqapur məhkəməsi müttəhimin vəkillərinin onun edamının dayandırılması ilə bağlı son vəsatətini rədd etmişdi.

Məlumat üçün əlavə edək ki, məhkəmə Nagentram Dharmalingamı hələ 2010-cu ildə ölüm cəzasına məhkum etmişdi.

Lakin müdafiə tərəfi saxlanılan şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyini əsas gətirərək digər məhkəmə instansiyalarına müraciət etmişdi.

Ötən ilin noyabrında məhbus həbsxanada koronavirus infeksiyasına yoluxduğu üçün edamı təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.