Dünya

Meksikada turist kateri nəhəng balina ilə toqquşub - VİDEO

27 Aprel 2022 18:06
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada turist katerinin nəhəng balina ilə toqquşması nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib. Hadisə videokadrlara yansıyıb və "Daily Mail" tərəfindən yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, insident turistlər arasında balinaları izləmək üçün məşhur yer olan Aşağı Kaliforniya yarımadasının sahillərində baş verib. İki böyüyün və üç uşağın olduğu kater La Pas limanına qayıdarkən balina ilə toqquşub.

Sosial şəbəkədə yerləşdirilən kadrlarda zərbənin təsirindən göyərtədə olan sərnişinlərin bir neçə metr yuxarıya atıldıqları görünür. Hadisə yerinə xilasedicilər qrupu gəlib və zərərçəkənlər qısa müddətdə xəstəxanaya çatdırılıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə katerin sürət həddini aşması səbəbindən baş verə bilər. Balinanın xəsarət alıb-almadığı isə hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.