Dünya

Ukraynadakı vəziyyət yığılmış problemlər üçün katalizatora çevrilib - Lavrov

26 Aprel 2022 14:35
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az TASS-a istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib ki, Ukrayna ətrafındakı vəziyyət Avro-Atlantik regionda yığılmış çoxsaylı problemlərin katalizatoruna çevrilib.

"Biz sizin Moskvada bir sıra mühüm məsələlər, o cümlədən, əlbəttə ki, Avro-Atlantik məkanda son onilliklər ərzində yığılmış çoxsaylı problemləri kataliz edən Ukrayna ətrafındakı vəziyyətlə bağlı təmasların aparılması təşəbbüsünüzə operativ cavab verdik", - Lavrov deyib.

"Və, əlbəttə ki, biz sizin bu çətin vaxtlarda Qərbin son illərdə açıq şəkildə mübahisə etdiyi çoxtərəflilik prinsipinin necə həyata keçiriləcəyi barədə ciddi düşünməyə başlamaq istəyinizi yüksək qiymətləndirdik və təəssüf ki, bu Qərb birqütblü dünyanın yaradılması və əbədiləşdirilməsi istiqamətdə addım atdı", - deyə nazir sözlərinə davam edib.

Lavrov vurğulayıb ki, əsl çoxtərəflilik dövlətlərin suveren bərabərliyi prinsipini təsbit edən BMT Nizamnaməsinə əsaslanmalıdır: "Əlbəttə, bu gün sizin üçün vacib görünən bütün məsələləri müzakirə edəcəyik. Sonra sizin Rusiya Federasiyasının prezidenti ilə görüşünüz olacaq və bu, Birləşmiş Millətlər Təşkilatındakı bizim həmkarlarımızla dialoqa verdiyimiz əhəmiyyəti bir daha vurğulayır", - o əlavə edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.