Dünya

"Ukraynanın kənd təsərrüfatına ciddi zərbə dəyib" - Britaniya kəşfiyyatı

26 Aprel 2022 09:54
0 Şərh     Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın Ukraynanı işğal etməsi nəticəsində ölkənin kənd təsərrüfarına ciddi zərbə dəyib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

"Kənd təsərrüfatına yararlı sahələrin azalması səbəbindən taxıl istehsalı ötən ilə nisbətən təxminən 20 faiz aşağı olacaq. Ukrayna kənd təsərrüfatı məhsullarının istehsalı və ixracına görə dünyada dördüncü yerdədir. Ukraynadan taxıl tədarükünün azalması inflyasiyaya səbəb olacaq. Beləliklə, taxıl bahalaşacaq. Taxılın yüksək qiymətləri qlobal ərzaq bazarlarına ciddi təsir göstərə bilər. Bu, xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş bəzi ölkələrdə qlobal ərzaq təhlükəsizliyini təhdid edə bilər", - hesabatda deyilir.

Qeyd edək ki, daha əvvəl BMT-də Ukraynadakı müharibənin dünyada aclığa səbəb ola biləcəyinə dair xəbərdarlıq etmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.