Dünya

"Ukraynadakı müharibə növbəti üç həftədə kritik olacaq"

25 Aprel 2022 23:00
0 Şərh     Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Sky News" məlumat yayıb.

Uolles müharibənin növbəti üç həftəsini kritik adlandırıb. Onun sözlərinə görə, Ukrayna ordusuna daha çox artilleriya və uzaqmənzilli döyüş sursatları, həmçinin gəmi əleyhinə raketlər lazımdır.

Nazir Britaniyanın Ukraynaya maksimum yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.