Dünya

Rusların yeni planı: Ukraynaya bu yolla zərbə endirəcəklər

24 Aprel 2022 10:30
1 Şərh     Baxış: 2 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukrayna ərazisinə qanadlı raketlər atmaq üçün Qara dənizdəki sualtı qayıqlardan istifadə edə bilər.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri bildirib.

Nəşrə danışan ekspertlər qeyd edirlər ki, "Kilo" sinifli sualtı qayıqlar mütəmadi olaraq Rusiya limanlarında uzaqmənzilli raketləri və döyüş başlıqlarını artırır və yenidən suyun altına düşür.

Məsələn, aprelin 15-də işğal olunmuş Sevastopol limanında Rusiyanın sualtı qayığına "Kalibr" raketlərinin yükləndiyini göstərən peykdən çəkilmiş foto dərc edib.

Analitik H.Suttonun sözlərinə görə, Qara dənizdə 2500 kilometrə qədər mənzilli "Kalibr" raketlərini buraxa bilən ən azı dörd Rusiyanın sualtı qayığı var.

Nəşrin məlumatına görə, raketlərin 50 metr dərinlikdən buraxılışını hətta peyklərin köməyi ilə aşkar etmək çətindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.