Dünya

Qeyri-adi ixtira: Biləyə taxılan bu cihazla yeməklərə süni dad veriləcək - VİDEO

22 Aprel 2022 16:36
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon tədqiqatçılar zəif elektrik cərəyanından istifadə edərək hazırladıqları çubuqlara duz dadı verəcək.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu çubuqlarla yeməklərə az miqdarda duz dadı qataraq gündəlik duz qəbulunu məhdudlaşdırmaq hədəflənir.

Dünyada bir ilk olaraq təsvir edilən ixtira elektriklə stimullaşdırılan çubuqlar və biləyə quraşdırılmış mini kompüterdən ibarətdir.

Yapon qida nəhəngi Kirin ilə ortaq şəkildə hazırlanmış çubuqlar əslində sadə bir sistemə əsaslanır. İnsana zərər verməmək üçün zəif elektrik cərəyanı verilən çubuqlar qidanın tərkibindəki natrium xlorid və natrium glutamat ionlarını ağıza ötürərək, süni duz hissi yaradır.

Yapon yeməkləri dünyada sağlam hesab edilsə də, burada miso və soya sousu kimi yüksək duzlu inqrediyentlərin tez-tez və çox istifadə edildiyi həqiqətdir. İş o yerə çatıb ki, bir yaponiyalının gündəlik duz qəbulu olan 10 qram duz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan iki dəfə çoxdur. Yaponiya hökuməti duzun miqdarını kişilər üçün 7,5 qram, qadınlar üçün isə 6,5 qrama endirməyi hədəfləyir.

Çox duz istehlakı infarkt və insultun ən mühüm səbəbi olan qan təzyiqini yüksəldir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.