Dünya

"Son sutkada Rusiyanın 10 yerüstü, 15 hava hədəfi məhv edilib" - Baş Qərargah

22 Aprel 2022 10:30
0 Şərh     Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun qarşısının alınması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, by məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib. Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.