Dünya

BMT-nin üzvü olan ölkərin veto hüquqları məhdudlaşdırılır

20 Aprel 2022 10:26
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkənin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin) veto hüququ məhdudlaşdırılır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki , Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüquqlarından istifadəsini azaltmağı planlaşdıran qanun layihəsi gündəmə gətirilib.

ABŞ başda olmaqla 50 ölkənin dəstəklədiyi qanun layihəsinə Böyük Britaniya, Fransa, Çin və Rusiya münasibət bildirməyib.

Qeyd edək ki, layihəyə əsasən, Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri səsvermədə vetodan istifadə edərsə, 10 gün ərzində bu qərarını əsaslandırmalı və izah etməlidir.

Xatırladaq ki, İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə yaradılmış BMT Təhlükəsizlik Şurası o vaxtdan bəri Rusiyanın 143 dəfə, ABŞ-ın 86 dəfə, Böyük Britaniyanın 30 dəfə, Çin və Fransanın isə 18 dəfə verdiyi səslərə veto qoyub və onları ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.