Dünya

Almaniya Ukrayna üçün özəl şirkətlərdən silah alacaq

20 Aprel 2022 07:05
0 Şərh     Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib.

"Biz bu çatdırılmaların pulunu ödəmək niyyətindəyik", - deyə kansler bildirib.

Şolts vurğulayıb ki, Almaniya Ukraynaya əhəmiyyətli təsir gücünə malik silahları artıq tədarük edib və silah istehsalçıları ilə Kiyevin tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi istiqamətində işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.