Dünya

Pele yenidən xəstəxanaya düşdü

19 Aprel 2022 22:08
0 Şərh     Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 81 yaşlı braziliyalı əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn klinikasındadır.

Bildirilir ki, Pele həkimlərin nəzarəti altındadır və onun həyatına heç bir təhlükə yoxdur.

Sabiq futbolçu reanimasiyada deyil.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Hazırda keçmiş futbolçunun bağırsaq, qaraciyər və həmçinin ağciyərində şişlər var.

Xatırladaq ki, Pele yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub. Forvard Braziliyanın Santos (1956-1974) və Amerikanın Nyu York Kosmos (1975-1977) komandalarında çıxış edib. O, karyerasında 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.