Dünya

Putin yeni qanun imzaladı

16 Aprel 2022 13:12
0 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.

Milli.Az TASS-a istinadən bildirir ki, dövlət başçısının özünün parlamentə təqdim etdiyi sənəd şənbə günü rəsmi hüquqi informasiya portalında dərc olunub.

Protokol "əlaqələndirici dövlət" anlayışını təqdim edir və onun himayəsi altında BMT-nin sülhməramlı əməliyyatlarında istifadə üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin (KSQ) yaradılmasını nəzərdə tutur. Sənədin mətnində deyilir ki, KSQ-nin bu cür tədbirlərdə iştirak şərtləri əlaqələndirici dövlətin BMT-nin səlahiyyətli bölməsi ilə bağladığı razılaşmada müəyyən edilir.

Protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə təsdiq edilib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.