Dünya

Türkiyədə qum fırtınası xəbərdarlığı edildi

16 Aprel 2022 19:43
0 Şərh     Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hidrometeoroloqlar sabahdan etibarən Türkiyə ərazisində Afrika üzərindən gələn qum fırtınasının baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaranacaq təbiət hadisəsi səbəbindən görüş məsafəsinin azalması, havanın keyfiyyətinin aşağı düşməsi, yağışlı ərazilərdə palçıq şəklində yağıntıların düşməsi ilə əhaliyə xəbərdarlıq edilib.

Mütəxəssislər bu tozların silisiumla yanaşı, bəzi bakteriya və kif göbələklərinin ağciyərlərə daxil olmasını asanlaşdıran təsirə malik olduğunu bildirirlər. Ağciyərlərin dərinliklərinə çata bilən qum fırtınasına qarşı xüsusilə astma, bronxit kimi xəstəlikləri olanların daha ehtiyatlı olması, maskasız evdən çıxmamaları tövsiyə edilir.

Təbiət hadisəsinin bir gün davam edəcəyi bildirilir.

Qeyd edək ki, analoji hal keçən həftə İraqın bir çox bölgələrində müşahidə edilib. Bölgədə təsirli olan güclü qum fırtınaları səbəbindən İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonunda dörd nəfər ölüb. Kərkükdə isə 90 nəfər boğulma təhlükəsi ilə üzləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.