Dünya

Ukraynada döyüşən azərbaycanlı bacılar kimdir? - Ataları Azərbaycanda icra başçısı olub

13 Aprel 2022 11:24
2 Şərh     Baxış: 6 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. 

Milli.Az Gundem.az-a istinadən bildirir ki, bunlar Leyla və Dərya bacılarıdır. 

Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər. 

Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova AXC hakimiyyəti dövründə Nizami rayonu icra hakimiyyətinin başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır.

Xəqani Hüseynov 90-cı illərin ortalarında Ukraynaya köçmüşdü. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib.

Xəqani Hüseynov Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.