Dünya

ABŞ Ukraynaya PUA və haubitsa verə bilər

13 Aprel 2022 08:08
0 Şərh     Baxış: 844
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və haubitsalar verə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Washington Post" ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

"Amerikalı məmurlar bildirirlər ki, Bayden administrasiyası Ukraynaya veriləcək silahların spektrini genişləndirməyə hazırdır. Bu xüsusda Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və digər müasir vasitələr verə bilər. Yeni yardım paketinin həcmi 750 milyon dollardır" - deyə qəzet bildirir.

Vaşinqtonda müzakirə edilən ilkin plana görə, yardım paketinə Mi-17 helikopterləri, haubitsalar, sahil mühafizə PUA-ları daxil idi. Bunların hamısının yekun siyahıya düşüb-düşməyəcəyi bilinmir" - deyə müəllif qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.