Dünya

"Ukrayna bir həftəyə cavab verəcək" - Zelenski

8 Aprel 2022 23:19
0 Şərh     Baxış: 1 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğuya bir həftəyə cavab verəcək".

Milli.Az "report"-a istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sənədin bir həftə ərzində tamamlanacağına əmin edib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Aİ-yə daxil olmaq üçün sorğu vərəqəsini təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski Avropa İttifaqı Şurasının üzvləri qarşısında çıxışı zamanı Ukraynanın Aİ-yə qəbulunu gecikdirməməyə çağırmışdı, çünki Rusiya ilə müharibə fonunda bu qərar gecikə bilər.

Ukraynalılar arasında keçirilən sorğuda Aİ-yə qoşulmağa dəstək faizi 90%-i ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.