Dünya

Kanada rusiyalı milyarderlərə qarşı sanksiya tətbiq edib

6 Aprel 2022 08:31
0 Şərh     Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada Ukraynadakı hadisələrə görə Rusiyanın doqquz vətəndaşına qarşı sanksiya tətbiq edib.

Milli.Az "report"-a istinadən bildirir ki, siyahıda ümumi sərvəti 26,3 milyard ABŞ dolları olan "Norilsk Nikel" şirkətinin prezidenti Vladimir Potanin, "Renova"nın sahibi Viktor Vekselberq, "Sibur"un səhmdarı Kirill Şamalov və "Novatek"in rəhbəri Leonid Mixelsonun da adı var.

Kanada hökumətinin saytında dərc olunan siyahıya həmçinin biznesmen Dmitri Pumpyanski, Qalina Pumpyanskaya, biznesmen Aleksandr Vinokurov, "Rusaqro" şirkətinin direktorlar şurasının sədri Vadim Moşkoviç, Rusiya Baş Qərargahının (QRU) Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.