Dünya

“Biontech”in xalis mənfəəti artıb

5 Aprel 2022 08:42
0 Şərh     Baxış: 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə Almaniyanın "Biontech" əczaçılıq şirkətinin xalis mənfəəti 10 milyard avro təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şirkət bu gəliri koronavirus əleyhinə vaksin istehsalından əldə edib. "Biontech" fəaliyyəti dövründə ilk dəfə 2020-ci ildə xalis mənfəət əldə edib. O zaman göstərici 15 milyon avro idi. Şirkətin rəhbəri Uğur Şahin 2021-ci ili müstəsna dövr adlandırıb. O, şirkətin hazırda qrip vaksini üzərində çalışdığını bildirib.

Qeyd edək ki, ötən il gəliri artan əczaçılıq şirkəti təkcə "Biontech" deyil. Koronavirus əleyhinə vaksin və dərman hazırlayan bütün şirkətlərin gəlirində ciddi artım baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.